Xəbər lenti

Məşhur aktyor 10 milyona aldığı villanı 100 milyona satır
Maqazin 16:52 24.09.2023

Məşhur aktyor 10 milyona aldığı villanı 100 milyona satır

Hollivud aktyoru Corc Kluni İtaliyanın Komo gölündəki malikanəsini satışa çıxarıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

62 yaşlı Corc Kluni 21 ildir sahib olduğu Komo gölündəki villasını satmaq qərarına gəlib. Dəbdəbəli malikanənin satışı ilə Milanın daşınmaz əmlak agentliyi məşğul olacaq. 2002-ci ildə aktyor 25 otaqlı malikanə üçün 10 milyon dollar ödəyib və bu gün onun dəyəri 100 milyon dollar qiymətləndirilir.

"Demək lazımdır ki, Corc Kluni təkcə çox yaxşı aktyor deyil, həm də son dərəcə ağıllı investordur”, deyə bir mənbə jurnalistlərlə bölüşüb.

2013-cü ildə məhz bu evdə Corc Kluni gələcək həyat yoldaşı Amal ilə tanış olub. Onlar bir il sonra evlənib. Cütlüyün iki övladı var - Ella və Aleksandr. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->