İdman 22:22 13.08.2022

Məşhur basketbolçunun formasını NBA-da heç kim geyinməyəcək

Bir müddət öncə dünyasını dəyişən Bill Rasselin forması heç bir NBA komandasında geyilməyəcək.

Qaynarinfo xəbər verir ki, Amerika Basketbol Liqası (NBA) və Amerika Basketbol Liqası Oyunçuları Assosiasiyasının qərarı ilə (NBPA) Bill Rasselin 6 nömrəli forması liqa üzrə əbədiləşdirilib. Bill Russell, forması təqaüdə çıxarılan ilk NBA oyunçusu oldu. Liqanın internet saytında verilən açıqlamada keçən ay 88 yaşında vəfat edən "Boston Celtics"in əfsanəvi oyunçusunun şərəfinə 6 nömrəli formanın NBA daxilində təqaüdə çıxdığı ifadə edildi.

Açıqlamaya görə NBA komandaları bu mövsümdən etibarən oyunçularına 6 nömrəli formanı verə bilməyəcək. Liqada 6 nömrəli forma geyinən futbolçuların isə bu qərardan azad ediləcəyi bildirilib. 

ABŞ peşəkar idman tarixində ilk qaradərili baş məşqçi tituluna sahib olan Russellin adı 1975-ci ildə Basketbolun Şöhrət Zalına daxil edilib. 

Rassel 1956-1969-cu illərdə çıxış etdiyi NBA-da 11 çempionluq qazandı. Əfsanəvi basketbolçu 12 dəfə "All Star" və 5 dəfə NBA-nın ən dəyərli oyunçusu seçilib. 

Səbuhi Həsənov