Xəbər lenti

İdman 21:10 19.02.2024

Məşhur futbolçu: "Matçdan sonra bir-iki şüşə pivə içirdim"

"Çelsi"nin keçmiş ulduzu pivəyə olan sevgisini etiraf edib

"Real Madrid"in və Belçika millisinin keçmiş futbolçusu Eden Hazard "Obi One" "YouTube" kanalında pivəyə olan sevgisindən danışıb.

Qaynarinfo xəvbər verir ki, keçmiş futbolçu matçlardan sonra pivə içdiyini etiraf edib.

"Bütün belçikalılar kimi mən də pivəni sevirəm, çünki bizim ölkədə dünyanın ən yaxşı pivəsi var. Yaxşı matçdan sonra bir-iki şüşə pivə içirdim", deyə hazard bildirib

Qeyd edək ki, Fransanın "Lill", İngiltərənin "Çelsi" və İspaniyanın "Real Madrid" klublarında çıxış etmiş Hazard ötən ilin oktyabrında karyerasını başa vurduğunu elan edib. İyun ayında 33 yaşlı belçikalı 2019-cu ildən formasını geyindiyi "Real Madrid"lə müqaviləsini pozub. O, "Kral Klubu"na "Çelsi"dən 115 milyon avroya transfer olunmuşdu.

Hazard klub karyerası ərzində 623 oyun keçirib, 167 qol vurub və 157 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi millinin forması ilə 126 oyuna çıxıb, 33 qola imza tıb və 36 məhsuldar ötürmə ilə yadda qalıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->