Xəbər lenti

Messinin varisi Səudiyyə Ərəbistanına transfer oluna bilər
İdman 15:41 21.10.2023

Messinin varisi Səudiyyə Ərəbistanına transfer oluna bilər

"Barselona"nın futbolçusu Ansu Fati Səudiyyə Ərəbistanı klublarından birinə keçməyə yaxındır. 

Qaynarinfo xəbər verir ki, bu barədə sport.es məlumat yayıb.

Səudiyyə klubları artıq Fati ilə ilkin danışıqlar aparıb, lakin hələlik o, Avropada qalmaq istədiyini bildirib.

Qeyd edək ki, Fati Lionel Messinin varisi adlandırılırdı. Lakin Ansu çox məhsuldar ola bilməyib və tez-tez zədələr alaraq, sağalması uzun sürüb. Bu səbəbdən də potensialını ortaya qoya bilməyib.

Ötən mövsüm Fati İspaniya çempionatında 36 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Orta hesabla o, meydanda 38 dəqiqə keçirib. Bu La Liqa mövsümündə futbolçu 3 matçda forma geyinib və qol vura bilməyib. "Transfermarkt" portalının məlumatına görə, Fatinin bazar dəyəri 35 milyon avrodur.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->