Ölkə 22:07 01.05.2021

Mikayıl Cabbarovdan Azad Rəhimovun vəfatı ilə bağlı paylaşım

"Gənclər və idman naziri Azad Rəhimovun vəfatı xəbəri hamımızı dərindən kədərləndirir".

Qaynarinfo-nun məlumatına görə, bu fikirləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkələrdəki paylaşımında yazıb.

"Azad müəllim sadəliyi, işgüzarlığı ilə seçilən, gülərüz, həyat eşqi ilə dolu insan idi. Vətəninə sadiq, dövlətini sevən, xalqına bağlı ictimai xadim, hamıya qayğı ilə yanaşan səmimi dost idi, Azad müəllim. Həmkarımızın əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Ailəsinə və yaxınlarına səbir diləyirəm, bu itki hər birimizi dərindən ağrıtdı. Allah rəhmət eləsin", - paylaşımda qeyd olunub.