Xəbər lenti

Millimizin FIFA reytinqindəki qonşuları - Tanzaniya, Kipr...
İdman 15:05 21.09.2023

Millimizin FIFA reytinqindəki qonşuları - Tanzaniya, Kipr...

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
 
Qaynarinfo-nun məlumatına görə, iyul ayında açıqlanmış reytinq cədvəli ilə müqayisədə millimizin mövqeyində dəyişiklik olmayıb. Canni De Byazinin rəhbərlik etdiyi yığma 1147.69 xalla 121-ci pillədə qərarlaşıb. Komandamızı 1146.46 xalla Tanzaniya yaxından izləyir. 120-ci pillədəki "qonşumuz" isə Kiprdir (1155.95) 
 
Cədəvilin birinci pilləsində 1851,41 xalla son dünya çempionu Argentina millisi yer alıb. Cənubi amerikalıları 1840,76 xalla Fransa izləyir. İlk "üçlüy"ü isə beşqat dünya çempionları Braziliya yığması qapayır. "Sambaçılar"ın 1837.61 xalı var.
 
Türkiyə yığması isə FİFA reytinqində 9 pillə geriləyərək 42-ci (1475.4 xal) yerdə qərarlaşıb.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->