İsrail tədarüklərə icazə vermədiyindən Misir Qəzza zolağının sakinləri üçün İrandan humanitar yardım almayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Al Mayadeen” mənbələri məlumat
yayıb.
Livan telekanalının məlumatına görə, İran prezidenti İbrahim Rəisi Ər-Riyadda görüş zamanı bu barədə Misir prezidenti Əbdülfəttah əs-Sisiyə müraciət edib. İsrailin HƏMAS-a qarşı cavab hərbi əməliyyatı keçirməsi fonunda Qəzza zolağında humanitar vəziyyət xeyli pisləşib. Anklavda əksəriyyəti qadın və uşaqlar olmaqla 11 mindən çox insan həlak olub. 27,5 min nəfər xəsarət alıb. Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu nəticəsində 1,2 min israilli həlak olub, 5,4 min nəfər yaralanıb, 200-dən çox insan girov götürülüb. Beynəlxalq təşkilatlar Qəzza zolağında su, qida, dərman və sığınacaqların qıtlığını qeyd ediblər. BMT agentlikləri vəziyyəti fəlakətli adlandırırlar.
Nizami Bağırov
Şərhlər