Ölkə 11:44 30.05.2023

MM-də pensiya yaşı söhbəti və deputatdan təklif: "65-dən 70 yaşa qaldırılsın"

Son zamanlar təhsil, səhiyyyə və digər təşkilatlarda işçilər pensiya yaşında dərhal azad edilir. Onların stajı, praktikası nəzərə alınmır.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Musa Quliyev deyib.

Deputat bildirib ki, onaları elə ad günündəcə azad edirlər: 

"Bu isə ciddi sosial narazlıq yaradır. Nəzərə alaq ki, onların pensiya həddi minimumdur. Bundan sonra iş tapa bilməyəcəklər. Əgər işçi sertifkasiyadan keçib, tələblərə cavab verirsə, onlar işləsinlər. Təklif edirəm, dövlət büdcəsindən maliyyələşən qurumlarda çalışan şəxslərin yaş məhdudiyyəti 65 yaşdan 70 yaşa qaldırılsın".
 
Qafqaz Rafiqoğlu