Mübariz İbrahimovun şəkli ilə sərhədi vizasız keçdi (VİDEO)
Vizasız
rejimdən yararlanan ilk Türkiyə vətəndaşının jesti olduqca maraq doğurub.
Qaynarinfo xəbər verir ki, bu haqda Xəzər TV-nin yaydığı süjetdə məlumat verilib. Məlumata
görə, Türkiyənin Qaziantep şəhərindən olan Yılmaz Dilsiz gecə saat 12 tamam
olan kimi, sərhədi keçib. Özü də Milli qəhrəman Mübariz İbrahimovun şəklini
yapışdırdığı maşını ilə.
Yılmaz Dilsiz bir
neçə ay öncə ailəsi ilə birlikdə Azərbaycana gəlməyi planlaşdırıb. Viza
rejiminin ləğvini eşidən Yılmaz sərhədi keçmək üçün avqustun 31-də gecə saat
12-ni gözləyib.
O, Azərbaycana
gəlməzdən öncə avtomobilinə Milli qəhrəmanımız Mübariz İbrahimovun şəklini
vurdurmaq istəyib. Bunun üçün Türkiyədəki mətbəələrin birinə gedərək qəhrəmanımızn
böyüdülmüş şəklini çap etdirib.
Yılmaz Dilsiz
deyir ki, bura gəlməzdən öncə bir çox ölkələrdə olub. Bakı isə onu xeyli
təəccübləndirib. O, viza rejiminin aradan qaldırılmasının Türkiyədən gələnlərin
sayını artıracağını deyir.
Qeyd edək ki, sentyabrın 1-dən Azərbaycan Türkiyə vətəndaşları üçün viza
rejimini ləğv edib. Qərara əsasən, Türkiyə Respublikasının ümumvətəndaş
pasportuna malik vətəndaşları 30 günədək Azərbaycanda qala bilərlər.
Şərhlər