Xəbər lenti

Muzey Agentliyi yaradılacaqmı? (AÇIQLAMA)
Sənət 18:00 05.02.2024

Muzey Agentliyi yaradılacaqmı? (AÇIQLAMA)

"Muzey Agentliyinin yaradılması ilə bağlı təklifi dəstəkləyirəm".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev deyib. 

Onun sözlərinə görə, Azərbaycanda heç bir muzeyin ekspozisiya siyasəti yoxdur:

"Mən bu barədə dəfələrlə demişəm. Bu siyasət olmadığına görə, sərgi iştirakçılarının muzeylərə axının qarşısı alınır. Amma Muzey Agentliyi yaradılsa, bu məsələ həllini tapacaq". 

Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, tarix üzrə elmlər doktoru, akademik Nailə Vəlixanlı Azərbaycanda Muzey Agentliyinin yaradılması təklifi ilə çıxış edib:

"Agentlik olarsa, müəyyən mənada, işin səmərəliliyinin arta biləcəyindən əminəm. Muzey işini bilən adamlar kompakt şəkildə bu işi idarə edə bilər”. 

Bahar Rüstəmli


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->