Xəbər lenti

Dünya 17:45 25.07.2024

"Nasdaq 100" süni zəkaya görə 1 trilyon dollar itirdi

"Nasdaq”ın indeksləri 3%-dən çox ucuzlaşıb. 

Qaynarinfo "Bloomberg”ə istinadən xəbər verir ki, "Nasdaq 100” bazar dəyərini 1 trilyon dollar itirib.

Süni zəka texnologiyaları sahəsində liderlərin - "Nvidia Corp.", "Broadcom Inc." və "Arm Holdings Plc" birja kotirovkaları kəskin şəkildə düşüb. 

Materialda qeyd edilir ki, azalmaya "Alphabet Inc"in 23 iyul çərşənbə axşamı günü axşam saatlarında şişirdilmiş kapital xərclərini göstərən mənfəət hesabatı səbəb olub. Şirkətin səhmləri 5%-dən çox ucuzlaşıb ki, bu da onların yanvar ayından bəri ən pis göstəricisidir.

"Tesla2nın səhmləri 12%-dən çox ucuzlaşıb. 

Süni zəka hesablamalarında istifadə olunan avadanlıq istehsalçıları 24 iyul çərşənbə günü mövcud artımdan bəri ən böyük enişlərdən birini yaşayıblar. Super "Micro Computer Inc." 9,15%, "Nvidia" 6,8%, "Broadcom Inc." 7,6% itirib. "Nvidia” opsionlarının volatilliyi mart ayının ortalarından bəri ən yüksək səviyyəyə yüksəlib. 

"Meta Platformalar Inc." 5,6%, "Microsoft Corp." 3,6% və "Apple Inc." - 2,9% ucuzlaşıb. "Möhtəşəm Yeddilik” adlanan texnologiya səhmlərinin (Microsoft, Apple, Nvidia, Alphabet, Amazon, Meta və Tesla) indeksi 5,9% aşağı düşüb. 

"Qısamüddətli perspektivdə süni zəkadam müəyyən yorğunluq yarana bilər, sadəcə olaraq, böyük texnoloji şirkətlərin süni zəkaya yatırdıqları investisiyaların bir qismi investorların gözlədiyi vaxt çərçivəsində öz bəhrəsini verməyə bilər”, deyə "Allspring Global Investments"in portfel meneceri Nevil Kaveri bildirib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->