Xəbər lenti

Nauseda Trampın seçkidə qalib gələcəyi təqdirdə əsas vəzifəni açıqladı
Dünya 13:32 19.07.2024

Nauseda Trampın seçkidə qalib gələcəyi təqdirdə əsas vəzifəni açıqladı

Respublikaçıların namizədi Donald Tramp ABŞ prezident seçkilərində qalib gəlsə, Avropa liderlərinin məqsədi Vaşinqtonu transatlantik siyasət kursunu davam etdirməyə inandırmaq olacaq.

Qaynarinfo "Delfi"yə istinadən xəbər verir ki, bunu Litva prezidenti Qitanas Nauseda deyib.

Litva prezidentindən Trampın seçkilərdə mümkün qələbəsindən narahat olub-olmadığını soruşduqda, o, Ağ Evin keçmiş rəhbəri ilə ünsiyyətdə təcrübəyə malik olduğunu bildirib. 

O xatırladıb ki, NATO çərçivəsində Alyansı və tərəfdaşlar arasında koordinasiyanı gücləndirmək üçün bir sıra mühüm qərarlar qəbul edilib.

Nauseda "ABŞ-ın Avropa və Baltik regionda mövcudluğunun nə üçün Rusiyanın təcavüzünə qarşı ən yaxşı çəkindirmə vasitəsidir” arqumentlərini təqdim etməyə hazır olduğunu bildirib.

"Buna görə də mənim vəzifəm və düşünürəm ki, həmkarlarımın vəzifəsi – yeni ABŞ administrasiyası olarsa – transatlantik siyasətini davam etdirməyə inandırmaqdır. Çünki bu, Avropanın təhlükəsizliyi üçün çox vacibdir və Avropa bunu çox yaxşı başa düşür", – deyə o qeyd edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->