Xəbər lenti

İdman 14:18 30.05.2025

"Neftçi" Ermənistan klubunun istədiyi futbolçunu transfer edəcək

"Neftçi" diqqətini Cənubi Kipr bazarına yönəldib. Bakılılar bu ölkədən iki futbolçu ilə maraqlanırlar.

Qaynarinfo Futbolinfo.az-a istinadən xəbər verir ki, "Neftçi" "Apollon"un oyunçusu Sessi D Almeydaya elçi düşüb. İngiltərə, Portuqaliya və Fransa klublarında çıxış etmiş 29 yaşlı Almeyda Limassol klubuna ötən yay keçib.

Bakı klubu artıq ona təklif göndərib. Tərəflər arasında ilkin razılaşma olduğu bildirilir. "Apollon"la bir illik müqaviləsi qalan Sessinin transfer dəyəri yarım milyon avrodur.

Beninli oyunçunun transferində Ermənistanın "Noah" klubu da maraqlıdır. Lakin onun Azərbaycana gəlməyə daha isti yanaşdığı bildirilir.

Əlavə edək ki, "Neftçi" "Apollon"un daha bir futbolçusu ilə maraqlanır. Həmin futbolçu kiprlidir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->