Xəbər lenti

Azərbaycan minifutbol millisinin baş məşqçisi:
İdman 21:40 30.05.2025

Azərbaycan minifutbol millisinin baş məşqçisi: "Finala yüksəlmək möhtəşəm duyğudur"

Azərbaycanın minifutbol millisinin baş məşqçisi Elşad Quliyev Bakıda keçirilən dünya çempionatında finala yüksəlməklərini şərh edib.

Qaynarinfo xəbər verir ki, mütəxəssis yarımfinalda Monteneqro üzərində qazanılan qələbənin çətin başa gəldiyini bildirib:

"Qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm.
Möhtəşəm qələbə qazandıq. Finala yüksəlmək möhtəşəm duyğudur. Əməyi olanlara ürəkdən təşəkkürümü bildirirəm.
Arenaya toplaşan azarkeşlər bizə bu işdə çox kömək etdilər. Bazar gününə qədər finala yüksəlməyin sevincini yaşayacağıq".

Qeyd edək ki, Azərbaycan yığması yarımfinalda Monteneqroya 2:1 hesabı ilə qalib gələrək həlledici mərhələyə yüksəlib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->