"Təbii ki, bu fikirlər onun şəxsi rəyi olsa da, o, bütün bəyanatlarını Kremllə uzlaşdırır ki, rəsmi mövqe kimi beyinlərə yeridilsin".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Elçin Şıxlı Rusiyanın ideoloqlarından biri olan Aleksandr Duqinin postsovet ölkələrinin müstəqilliyini hədəf alan növbəti fikirlərini şərh edərkən deyib.
Elçin Şıxlı bildirib ki, ruslar xalqları təhdid altında saxlamaq üçün qorxu yaradır:
"Rusiya işğalçılıq müharibəsi apardıqca bu ölkəni belə sərsəm fikirlərlə zəhərləməkdə davam edəcəklər. Bu mənada Ukraynada apardıqları müharibə həmin fikirlərin geniş vüsət almasına bəhanə verib. Bununla həm özlərinin işğalçılıq müharibəsinə don geyindirir, həm də digər xalqları da təhdid altında saxlamaq üçün qorxudurlar. Belə düşüncələrin geniş yayılması imperiya xislətindən əl çəkməyən Kremlin maraqlarına da cavab verir. Duqin də səsləndirdiyi həmin fikirləri yuxarılarla danışıb, sonra səsləndirir və bunlar xof yaratmaq məqsədi güdür".
Ekspert qeyd edir ki, Azərbaycan tərəfi bu kimi sərsəm açıqlamalardan qorxub çəkinməməli, amma onu nəzərə almaqla, onun qarşısını almaq istiqamətində çalışmalıdır.
Qeyd edək ki, "rus dünyası"nın tanınmış ideoloqlarından biri, Kremlin "beyni" adlandırılan Aleksandr Duqin postsovet ölkələrinin müstəqilliyini hədəf alan növbəti fikirləri ilə gündəmə gəlib. O, Ukraynaya qarşı müharibənin yeni Rusiya imperiyasının yaradılmasının açarı olduğuna eyham vurub. Duqin Ukraynanın ardınca bütün postsovet məkanının "udulduqdan" sonra Rusiyanın "sərt şaquli hakimiyyətə malik, hər hansı muxtariyyətlərin və liberal dəyərlərin olmadığı millətlərüstü makrodövlətə" inteqrasiyasını təklif edib.
Onun modelində azlıqların hüquqları formal olaraq qorunub saxlanılır, lakin siyasi subyektivlik məhv edilir və "ənənə" ideologiyasına çevrilir, Qərb modeli üzrə insan haqları rədd edilir. Bu barədə o, mayın 28-də "Rusiyanın indiki geosiyasətində avrasiyaçılıq" seminarı zamanı söyləyib.
Rüfət Sultan
Şərhlər