Xəbər lenti

Xətai Bağırov: Rəqibin bizim üçün fərqi yoxdur
İdman11:58 31.05.2025

Xətai Bağırov: Rəqibin bizim üçün fərqi yoxdur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bizi dəstəkləyən bütün azarkeşlərə təşəkkürümü bildirirəm. Möhtəşəm atmosfer yaratmışdılar”.
Teleqraf xəbər verir ki, bunu minifutbol üzrə Azərbaycan milli komandasının üzvü Xətai Bağırov dünya çempionatının 1/2 final mərhələsində Monteneqronu 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, komandasınının əlindən gələni etdiyini söyləyib: "Azərbaycan artıq finaldadır. Bu oyunu yaddan çıxararaq finala hazırlaşmalıyıq”.
Bağırov finalda qarşılaşacaqları Macarıstanın çətin rəqib olduğunu bildirib: "Taktiki baxımdan Macarıstan millisi daha yaxşı görsənir. Rəqibin bizim üçün fərqi yoxdur. Artıq bir addım qalıb. Əlimizdən gələni edərək çempionluğu qeyd etməliyik”.