Xəbər lenti

Dünya 15:57 31.05.2025

"Rusiya Türkiyə ilə yaxınlaşmağa məhkumdur" - Ekspert

"Türkiyənin Ukraynaya geniş formada hərbi dəstəyinin Ankara - Moskva münasibətlərinə heç bir mənfi təsiri olmayacaq". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Ukraynanın Ankaradan ölkənin müdafiə sənayesinə sərmayə yatırılması, hava hücumundan müdafiə sistemləri, hərbi texnika və sursatların göndərilməsilə bağlı xahişinə müsbət cavab fonunda bunun Rusiya - Türkiyə münasibətlərinə təsirini şərh edərkən deyib:

"Türkiyə açıq şəkildə Kiyevin ərazi bütövlüyünü dəstəkləyir, Ukraynanın Krım dərdini açıq şəkildə deyir. Hazırda sanksiyalar altında olan Rusiyanın Türkiyə ilə yaxşı münasibətlər saxlamağa böyük ehtiyacı var. Ona görə də indiki məqamda Rusiya Türkiyə ilə, onun Ukrayna məsələsində hansı mövqe tutmasından asılı olmayaraq, yaxınlaşmağa məhkumdur. Türkiyə Ukraynada bigə hərbi müəssisələr yaradılmasına çoxdan razılığını bildirib”.

Həmsöhbətimiz qeyd edir ki, Trampdan başqa Rusiyanı ciddi qəbul edən yoxdur.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi Ankaraya müraciət edərək, ölkənin müdafiə sənayesinə sərmayə yatırılması və hava hücumundan müdafiə sistemləri, hərbi texnika və sursatların təcili şəkildə göndərilməsini istəyib. Bu barədə Ukraynanın müdafiə naziri Rüstəm Umerov Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşdən sonra məlumat verib. 

"Kiyevdə Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüş keçirdim. Müdafiə nazirinin birinci müavini Sergey Boev Ukraynanın dəstəyə ehtiyac duyduğu əsas sahələri açıqladı: müdafiə sənayesinə sərmayə, texnika və raket əleyhinə qurğular sistemlərinin tədarükü, hava hücumundan müdafiə üçün sursatlar, əsas kalibrli mərmilər, uzaqmənzilli imkanların gücləndirilməsi”, deyə Umerov facebook səhifəsində yazıb. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->