Sənət 11:01 05.07.2022

"O olmasın, bu olsun” Sumqayıt Dövlət Dram Teatrında

Sumqayıt Dövlət Dram Teatrında Üzeyir Hacıbəylinin  "O olmasın, bu olsun” əsərinin tamaşasına baxış keçiriləcək.

Qaynarinfo xəbər verir ki, iyulin 6-da təqdim olunacaq tamaşanın quruluşçu rejissoru Əməkdar artist Namis Şirməmmədov, quruluşçu rassamı Elşən Sərxanoğludur.
 
Tamaşada teatrın yaşlı və orta nəsli aktyorlarıyla yanaşı, gənc aktyorlar yer alıb.
 
Teatrdan verilən məlumata görə, mövsüm bağlanışı iyul ayının 13-də "Xəzinə” tamaşasının nümayişi ilə yekunlaşacaq.

Tamaşa Nizami Gəncəvinin "Xəmsə” əsərinin motivləri əsasında Hafiz Ataxanlının müəllifliyi ilə ərsəyə gəlib.

Tamaşa Xalq artisti Firudin Məhərrəmovun quruluşunda Nizami Gəncəvinin 880 illik yubileyi çərçivəsində Dövlət sifarişi əsasında hazırlanıb.
Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəssam Nizami Dadaşov, musiqi tərtibatı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir.

Bahar Rüstəmli