Siyasət 12:11 04.08.2022

O vaxta qədər bu cür antiterror əməliyyatları həyata keçiriləcək - Deputat

"Azərbaycan Ordusunun həyata keçirdiyi "Qisas” əməliyyatı antiterror əməliyyatıdır və regionda sülhün yaradılmasına xidmət edir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan ordusunun keçirdiyi xüsusi əməliyyatın məqsəd və nəticəsindən danışarkən deyib. Deputat hər bir Azərbaycan əsgərinin dəyərli olduğunu və əsla heç bir əsəgrimzin qanının yerdə qalmayacağını bildirib:

"Erməni terrorçuları dəqiq bilməlidirlər ki, Azərbaycan ərazisini tərk etmək istəməyən hər bir silahlı quldur eyni aqibəti yaşayacaq. Məsələnin hüquqi tərəfinə gəldikdə isə Azərbaycanı 3 avqust əməliyyatına təşviq edən erməni təxribatı olub. Terrorçu Ermənistan dövləti bu günə qədər də 10 noyabr üçtərəfli bəyannaməsində üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib. Üstəlik, bəyannamənin 4-cü və 6-cı bəndlərini manipuliyasiya etməyə çalışb. Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın Laçınla bağlı son açıqlaması da bunun sübutudur”.
 


Hikmət Babaoğlu baş verənləri özlüyündə siyasi-diplomatik təxribat adlandırıb:
 
"Bəyannamədə Rusiya süllhməramlılarının daxil olmasına paralel olaraq bütün erməni terrorçu birləşmələri Azərbaycan ərazisini tərk etməli idi. Ancaq bu günə qədər hələ də suveren ərazilərimizdə erməni silahlı quldurları var. Üstəlik sülhməramlıların arxasında gizlənərək şanlı Azərbaycan əsəgini şəhid ediblər. Azərbaycanın beynəlxalq hüquq və Milli Konstitusiyası ilə tam haqqı var ki, öz ərazisinin hər bir qarışında suveren hüquqlarını təmin etsin. Elə 3 avqustda həyata keçirilən "Qisas” əməliyyatı da buna xidmət edirdi”.

Deputat hesab edir ki, qarşıda dəqiq məqsəd və vəzifələr var:
 
"Onalrdan biri də münaqişəyə qədər Xankəndidə, Xocalıda, Ağdərədə, Əskəranda və s. yaşayan azərbaycanlıların öz evlərinə qayıtmasıdır. Bu məsələ də üçtərəfli bəyannamədə öz əksini tapıb. Üçtərəfli bəyannamənin bütün tələbləri qeyd-şərtsiz yerinə yetirilməlidir. Ermənistan kaputiliyasiya aktı ilə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyənə qədər bu cür antiterror əməliyyatları həyata keçiriləcək. Vaxt demək olar ki, yoxdur. Azərbaycan öz ərazisində bütün hüqualarını tətbiq edib başa çatdıracaq. Buna qarşı gələnləri isə yeni antitrror əməliyyatları gözləyir. Ermənistan bilməlidir ki, nə dünya 30 il əvvəlki dünya, nə də Azərbaycan 30 il əvvəlki Azərbaycandır. 44 günlük müharibənin dərslərini düşmən unutmamalıdır. Əks təqdirdə yeni faciələrə hazır olmalıdır”.

Bahar Rüstəmli