“OBA” müştəriləri üçün “Qənaətin vaxtıdır” (VİDEO)
Azərbaycanın dörd bir yanında yaxın və qənaətli qonşu konsepsiyası ilə fəaliyyət göstərən "OBA” marketlər şəbəkəsi ənəsinə sadiq qalaraq onlarla məhsula yüksək endirimlər təklif edir.
"Qənaətin vaxtıdır” kampaniyası çərçivəsində "OBA” alıcıları 14-27 sentyabr tarixlərində büdcələrinə 55 faizədək qənaət edəcək.
Zəruri tələbat məhsulları, əlavə olaraq qida, qeyri-qida kateqoriyasından olan 200-dən çox məhsulu yüksək endirimlə əldə etmək istəyənlər yolunu qonşu "OBA”dan sala bilərlər.
Həmçinin aksiyadan yararlananlar üçün "OBA” marketlərindən hər 20 manatlıq alış-verişdə, istehlakçıların sevimli məhsulu olan "Ariel” yuyucu tozu cəmi 5 manat 99 qəpiyə təklif edilir.
Qeyd edək ki, "Qənaətin vaxtıdır” kampaniyasının endirimləri bütün "OBA” marketlərində məhsullar bitənədək qüvvədədir.
Əlavə olaraq, alıcılar "OBA” mobil tətbiqindən yararlanmaqla büdcələrinə ekstra qənaət imkanı qazanacaqlar. Mütəmadi olaraq yenilənən tətbiq vasitəsilə alıcılar hər 10 AZN və üzəri alış-verişlərdə ödənilən məbləğin bir hissəsini hesablarına geri qaytara, qazandıqları keşbeklərlə yenidən alış-veriş edə biləcəklər.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA Market” MMC ölkə üzrə 6000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər