Almaniya kansleri Olaf Şolts bildirib ki, o, Rusiya prezidenti Vladimir Putinlə yeni danışıqlara davam etməyə hazırdır. Baxmayaraq ki, onların noyabrda baş tutan telefon danışığını "məyusluq" kimi qiymətləndirib.
Qaynarinfo bu barədə Zeit.de-yə istinadla xəbər
verir.
"Bu, tam məyusluq halıydı, çünki o, sadəcə öz köhnə sözlərini təkrarlayırdı", deyə Şolts bildirib.
Lakin o, telefon danışığının zəruri olduğunu hesab edir, çünki bu, Putinə Almaniyanın Ukraynaya dəstəyinin azalmayacağını və "həmçinin qoşunları çıxarmaq lazım olduğunu, ki bu da sülhün inkişafı üçün təməl yaratmağa imkan verər" mesajını vermək üçün vacib idi.
"Və bu edilməlidir və mən bunu yenə edəcəyəm. Amma biz heç bir illüziya yaratmamalıyıq", deyə Şolts bildirib.
15 noyabrda məlum olub ki, Şolts iki ildən sonra ilk dəfə olaraq Kremlin rəhbəri ilə danışıb. O vaxt Ukrayna prezidenti Volodimir Zelenski bu danışığı "Pandora qutusu" adlandırmışdı.
Həmçinin, 11 dekabrda Macarıstanın baş naziri Viktor Orban Putinlə bir saatlıq görüş keçirib.
Alpər
Şərhlər