"Olympus Park" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.
Qaynarinfo-nun məlumatına görə, tikinti şirkəti barəsində məhkəməyə Qəribov Polad Səfər Əli oğlu şikayət edib.
Polad Qəribov şirkət barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın və mənəvi zərərin ödənilməsi" üzrə iddia qaldırıb.
İşə hazırda apellyasiya mərhələsindədir və Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərrux Qasımovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, "Olympus Park” şirkətinin rəhbəri Rafael Qarayevdir. Şirkət Bakıda və xüsən Nəsimi rayonunda pilot layihələr çərçivəsində hündürmərtəbəli binaların inşaa edir.
MMC barəsində KİV-də kifayət qədər neqativ məlumatlar paylaşılıb. Bir neçə il əvvəl şirkət bina tikərkən qanunsuz olaraq yaxınlıqdakı obyekti sökdüyü üçün tikinti işləri dayandırılıb. Ötən ilin dekabr ayında Nəsimi rayonu, Abay küçəsi, ev 8 ünvanında yaşayan Ələkbər Tağıyev KİV-ə müraciət edərək bildirib ki, "Olympus Park" şirkətinin verdiyi kompensassiya ilə razılaşmadığı üçün evinin suyu və qazını kəsiblər.
Aydın
Şərhlər