Xəbər lenti

Orban: Macarıstan NATO-ya üzvülüklə bağlı yeni konsepsiya hazırlayır
Dünya 15:21 24.05.2024

Orban: Macarıstan NATO-ya üzvülüklə bağlı yeni konsepsiya hazırlayır

Macarıstan rəsmiləri və hüquqşünasları ölkənin NATO-ya üzvlüklə bağlı öhdəliklərini digər üzv ölkələrdən fərqləndirən yeni konsepsiya hazırlayırlar.

Qaynarinfo "Bloomberg” istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban cümə günü, mayın 24-də bildirib.

Onun sözlərinə görə, Macarıstan alyansa üzvlüyünü elə saxlamaq istəyir ki, "öz ərazisindən kənarda NATO əməliyyatlarında iştirak etmək məcburiyyətində qalmasın”.

Budapeşt artıq öz ərazisindən kənarda - İraq və Kosovoda iki alyans missiyasına töhfə verir. Materialda deyilir ki, NATO üzvlərinin istənilən hərbi missiyadan imtina etmək imkanı var, baxmayaraq ki, mümkün qədər geniş iştirak həmişə təşviq edilir.

Orban bildirib ki, Macarıstan NATO-nun üzv ölkələrə hücum ediləcəyi təqdirdə onları qorumaq missiyasına sadiqdir. O, yenidən Ukraynaya silah tədarükü və Rusiya ilə müharibəyə hərbi müdaxilənin artması ilə bağlı "narahatlıq” ifadə edib.

Şimali Atlantika Alyansı NATO-nun müharibədə potensial olaraq genişlənən rolunu öyrənmək üçün işçi qruplar yaradıb. Baş nazir bildirir ki, Macarıstan bu müzakirələrdə iştirak edir, lakin faktiki olaraq Kiyevə pul və silah göndərilməsinə qarşı çıxan "iştirak etməyən üzv” kimi.

Orban vurğulayıb ki, Macarıstana bu müzakirələrdə iştirakdan rəsmi imtinanın verilməsi "NATO üzvlüyünün yeni konsepsiyası demək olardı”.

"İndi biz həm oradayıq, həm də orada deyilik. Bunun nə qədər davam edə biləcəyini bilmirəm”, - deyə Macarıstanın baş naziri bildirib.

O xatırladıb ki, Macarıstan bəzi üzvlərin Rusiya Federasiyasının Ukraynadan sonra NATO-nun şərq cinahını işğal edəcəyi ilə bağlı qiymətləndirməsi ilə "əsaslı şəkildə razı deyil”, çünki hazırkı müharibə, onun fikrincə, "iki slavyan ölkəsi” arasında müharibə kimi qiymətləndirilməlidir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->