"Ortaq türk
tarixinin və ortaq türk ədəbiyyatının formalaşması türk dövlətləri üçün gələcəkdə
bu anlaşmaya qoşulmayan türk dövlətlərinin də prosesə qoşulması baxımından
olduqca mütərəqqi bir qərardır”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin
Əfəndi Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında ortaq dərsliklərlə
bağlı əldə olunan razılıqdan danışarkən deyib. Ekspert bildirib ki, müştərək tarixin öyrənilməsi gələcək nəsillərdə
sırf türk birliyinin daha da inkişaf etdirməsi, türk dövlətləri ilə əlaqələrinin
istər mədəni, istər təhsil, istər səhiyyə və s. bu sferalarda əlaqələrin
qurulmasına mühim töhvə verə bilər:
"Konkret
olaraq hansı ölkələrin ki tarixləri, mədəniyyəti, incəsənəti və s. öyrəniləcəksə,
onlarla bağı müvafiq komissiyaların formalaşdırılması nəzərdə tutulur. Və həmin
komissiyalarda konkret olaraq hər bir ölkədə vahid dərslik proqramına onların
salınması müzakirə olunacaq və konkret qərara gəlinəcək. Hazırda dəqiq bir
mexanizmin formalaşdırılması haqqında ictimaiyyətə hər hansı bir məlumat bəlli
deyil, bunun üzərində işlər aparılır. Və yəqin ki, tədris ilindən etibarən və yaxud tədris ilinə az qalmış Təhsil Nazirliyi
tərəfindən ictimaiyyətə bu barədə məlumat veriləcək”.
Elçin Əfəndi
deyir ki, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, eyni zamanda Özbəkistan
və digərləri də müştərək qəbul etdiyimiz konkret ədəbiyyat nümunələri var:
"İstər "Koroğlu”
dastanı, istər "Kitabi Dədə Qorqud”, "Orxan Yenisey” abidələrində müəyyən
informasiyalar və s. bunların hər biri
türk dövlətləri üçün müştərəklik xüsusiyyətinə malikdir. Eyni zamanda adları çəkilən
ölkələrin ortaq tarixləri müvafiq
dərsliklərdə əks olunarsa, düşünürəm ki, bu, gələcək baxımından türkdilli dövlətlərlə
əlaqələrin daha da genişlənməsinə, münasibətlərin müsbət mənada formalaşmasına
mühim töhfə vermiş olacaq”.
Qeyd edək
ki, Türkiyə, Azərbaycan, Qazaxıstan və
Qırğızıstan arasında ortaq dərsliklərlə bağlı razılıq əldə edilib. Beynəlxalq
Türk Akademiyasının üzv ölkələri - Türkiyə, Azərbaycan, Qazaxıstan və
Qırğızıstan lisey proqramlarına "Ortaq türk tarixi”, "Ortaq türk ədəbiyyatı” və
"Ortaq türk coğrafiyası” kimi ortaq dərsliklərin salınması ilə bağlı
protokollar imzalayıb.
Bahar Rüstəmli
Şərhlər