Dünya 15:17 01.06.2022

Paşinyanın oğurlanan heykəlinin başı tapıldı (FOTO)

Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın İcevandakı kilsənin həyətindən oğurlanması ilə bağlı məlumat vermişdik. 

Qaynarinfo xəbər verir ki, bu gün baş nazirin itmiş heykəlinin başı Vanadzordakı "Hayk meydanı”nda atılmış vəziyyətdə peyda olub.

Xatırladaq ki, Ermənistanda Paşinyanın liderliyi ilə baş verən narıncı inqilabdan sonra fanatları İcevan-Noyemberyan magistralında Paşinyanın heykəlini qoymuşdular. Lakin eyforiya tezliklə keçdi getmiş, heykəli üç dəfə zədələmişdilər. Ondan sonra təhlükəsiz olması üçün onu İcevan kilsəsinin həyətinə köçürmuşdülər.

Amma sən demə, kilsənin həyəti də təhlükəsiz deyilmiş. Heykəli dördüncü dəfə zədələndikdən sonra oğurlamışdılar.

Telman