Rusiya işğalçı qüvvələri yaxın günlərdə Ukraynaya zərbə endirmək üçün orta mənzilli eksperimental ballistik raket "Oreşnik"dən yenidən istifadə edə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinx brifinqdə məlumat
verib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin açıq şəkildə bəyan edib ki, Moskva daha bir eksperimental "Oreşnik" raketini buraxmağı planlaşdırır.
"Mümkündür ki, Rusiya bunu yaxın günlərdə etsin. Dəqiq tarixim yoxdur", - deyə Sinx bildirib.
Eyni zamanda, Pentaqonun mətbuat katibi hesab edir ki, Ukraynaya "Oreşnik" ilə növbəti zərbə döyüş meydanındakı qaydaları dəyişməyəcək. Bununla işğalçılar sadəcə Ukraynaya zərər və itkilər vurmağa çalışırlar.
"Biz bunu əvvəllər də görmüşük. Onlar Ukraynanı qorxutmaq üçün arsenalında olan bütün silahlardan istifadə etməyə çalışırlar. Amma təbii ki, Ukrayna ABŞ və dünyadakı digər tərəfdaşlar sayəsində dəstəyimizi almağa davam edir", - deyə o vurğulayıb.
Qeyd edək ki, "Defense Express” hərbi nəşrinin analitiklərinin fikrincə, ruslar "Oreşnik" raketinin xüsusiyyətlərini əhəmiyyətli dərəcədə şişirdirlər. Xüsusən, ekspertlər bu raketin uçuş sürətinə və onun vurulma ehtimalına dair suallar qaldırırlar.
Digər tərəfdən, Müharibə Araşdırmaları İnstitutunun analitikləri qeyd edirlər ki, "Oreşnik" raketi Rusiya-Ukrayna müharibəsi üçün yenilik sayılmır.
Sınaq pilotu və aviasiya məsələləri üzrə mütəxəssis Aleksandr Lixodid bildirib ki, Rusiyanın "Oreşnik" raketindən yenidən istifadə etmə riski mövcuddur və bu, "genişmiqyaslı hücum" çərçivəsində baş verə bilər.
Yaxınlarda Putin bəyan edib ki, "Oreşnik" raketi mövcud olduğu halda nüvə silahına ehtiyac qalmır.
Alpər
Şərhlər