Xəbər lenti

PFL-in yeni loqosunun mənası nədir? (FOTOLAR)
İdman 19:09 22.11.2022

PFL-in yeni loqosunun mənası nədir? (FOTOLAR)

Peşəkar Futbol Liqasının yeni loqosu müəyyənləşib.
 
Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, 130 nümunə arasından qalib seçilən Fərhad Sultanovun dizayn etdiyi loqo özündə bir neçə amili ehtiva edir:

1) Loqoda futbolu ifadə edən top təsvir olunub;
2) Mərkəzdə alov və buta silueti var. Onlar odlar yurdu Azərbaycana işarədir;
3) Loqodakı kürə qlobal dünya futbolunun simvoludur;
4) Alov və buta ilə ayrılan sahə qlobal futbolun ayrılmaz hissəsi olaraq bizim futbolu ifadə edir.
 
Loqonu hazırlayan Sultanov isə PFL tərəfindən mükafatlandırılıb. Dizaynerə 2000 manat pul mükafatı verilib. O, qələbəsiylə bağlı təəssüratlarını bölüşüb:
 
"Müsabiqəni təşkil etdiyiniz üçün təşəkkür edirəm, iştirak etmək çox xoş oldu. Qələbə hissi əvəzolunmazdır. Böyük rəqabət içində seçilmək insana əla motivasiya verir. Gələcəkdə hazırladığım loqonun bir çox yerlərdə qarşıma çıxacağını bilmək məni xoşbəxt edir. Peşəkar Futbol Liqasının loqosu indiyə kimi hazırladıqlarımın içində ən yaxşılardandır deyə düşünürəm. Məncə, qələbəmdə, loqonun ruhunu aşılamağımda yeniyetmə yaşlarımda futbolla məşğul olmağım böyük rol onadı. Məlumatlı olduğum sahə üzrə iş görmək, onu yaşayaraq etmək insana zövq verir. Azərbaycan futbolunu yaxından izlədiyim üçün loqoda nəyə əsaslanacağımı qərar verməkdə çətinlik çəkmədim. Alov, top, butanı bir model içində göstərməyə çalışdım. Hazırladığım loqo bir dünyadır, içində top təsvir olunub. Kürənin içində butanı bir simvol kimi göstərmişəm. Həmçinin milli atribut olaraq alovdan istifadə etmişəm. İnanıram ki, PFL-in yeni loqosu uğurlu olacaq”.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->