Peşəkar Futbol Liqası ilə beynəlxalq internet yayım şirkəti "Insports.tv” arasında danışıqlara yekun vurulub.
Qaynarinfo PFL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının oyunlarının internet üzərindən yayımlanması ilə bağlı razılıq əldə olunub. Qurum və "Insports.tv” beynəlxalq şirkəti arasında rəsmi müqavilə bağlanılıb. Belə ki, 2022/2023 mövsümünün sonuna qədər Misli Premyer Liqası və I Divizion yarışlarının internet üzərindən yayımı yalnız "Insports.tv” saytı və tətbiqində mümkün olacaq.
"InStat” şirkətinin tərkibində olan "Insports.tv” 2018-ci ildən fəaliyyət göstərir və müxtəlif ölkələrin futbol, futzal, reqbi kimi bir sıra idman növlərinin çempionatlarını internet üzərindən canlı yayımlayır.
Buna qədər sözügedən şirkət test məqsədiylə Misli Premyer Liqasının bir neçə turunun oyunlarını internet üzərindən yayımlamışdı.
Səbuhi Həsənov
Şərhlər