Xəbər lenti

PFL
İdman 17:05 13.10.2023

PFL "Kəpəz"lə bağlı rəsmi qərarını açıqladı

Gəncə şəhər stadionunda aparılan əsaslı yenidənqurma işləri ilə əlaqədar olaraq "Kəpəz” klubu ev oyunlarını Tovuz şəhər stadionunda keçirəcək.
 
Qaynarinfo-nun məlumatına görə Peşəkar Futbol Liqası bununla bağlı rəsmi qərarını açıqlayıb. "Kəpəz” klubunun rəsmi müraciəti, "Turan Tovuz” klubunun razılıq məktubunu nəzərə alan qurum "Kəpəz”in Tovuz şəhər stadionunda oynaması ilə bağlı qərar qəbul edib. Tərəflərin razılığı ilə "Kəpəz” qonaqlarını qış fasiləsinə qədər Tovuz şəhər stadionunda qəbul edəcək. "Kəpəz”in əvəzedici heyəti isə Gəncə şəhər stadionunun ehtiyat meydançasından istifadəyə davam edəcək.

Yuxarıda qeyd olunan məqamlarla əlaqədar olaraq PFL Misli Premyer Liqasının və Əvəzedicilər Liqasının 10-cu turunun cədvəllərində aşağıdakı dəyişiklikləri həyata keçirib.

Misli Premyer Liqası, 10-cu tur 

21 oktyabr

"Kəpəz” – "Zirə”
Tovuz şəhər stadionu, 15:00, CBC Sport /canlı

Əvəzedicilər Liqası, 10-cu tur

19 oktyabr 

"Turan Tovuz” – "Qarabağ”
Tovuz şəhər stadionu, 14:00
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->