İdman 12:40 18.08.2022

Polis Ronaldoya xəbərdarlıq etdi

Portuqaliya millisinin və "Mançester Yunayted"in superulduzu Kriştiano Ronaldoya polis tərəfindən xəbərdarlıq edilib.

Qaynarinfo xəbər verir ki, buna Ronaldonun ötən mövsüm "Everton”la oyunda azarkeşin telefonunu yerə atması səbəb olub. Oyun zamanı futbolçu onu telefonun yaddaşına köçürmək istəyən azarkeşin əlindən telefonu alaraq yerə atıb.

Bu haqda Mersisayd təmsilçisi məlumat yayıb. Klubdan verilən açıqlamada sözügedən azarkeşin dindirildiyi və daha sonra Ronaldoya xəbərdarlıq edildiyi bildirilib. Məsələnin şərti xəbərdarlıq kimi qəbul edildiyi və hazırda bağlandığı da ifadə olunub. 

İngilərə Premyer Liqasında hələ ki xalı olmayan "Mançester Yunayted” avqustun 22-də "Liverpul”la qarşılaşacaq.

Səbuhi Həsənov