Xəbər lenti

Politoloq Anzor Muzaevin rus dili bilmək tələbini şərh etdi
Dünya 19:04 17.07.2024

Politoloq Anzor Muzaevin rus dili bilmək tələbini şərh etdi

"Bu kimi məsələlərin gündəmə gətirilməsi Rusiyada şovinizmin geniş vüsət almasının nəticəsidir".

Qaynarinfo-ya açıqlamasında bunu politoloq Cümşüd Nuriyev Rosobrnadzorun rəhbəri Anzor Muzaevin Rusiya məktəblərinə daxil olan miqrant uşaqlarının oxumaq üçün rus dilini lazımi səviyyədə bilməli olduqları barədə fikirlərini şərh edərkən deyib. 

"Moskvanın bu tələblə çıxış etməsi Rusiyanın indiki mövcud şəraitinə uyğundur. Muzaev Rusiya təhlükəsizlik orqanlarının dililə danışır. Əks halda o, özbaşına bu kimi məsələləri qaldıra bilməz. Rusiya ölkəsinə kim gəlirdisə, böyük əksəriyyətlə onlara vətəndaşlıq verirdi. Təbii ki, onların uşaqları rus dilini gələn kimi bilə bilməz. Onlar mütləq hansısa hazırlıqdan keçib, sonra rus məktəblərinə getməlidir. Bu tip məsələlərin ortaya atılması daha çox müasir rus şovinizminin bariz nümunəsindən qaynaqlanır. Çünki Rusiyada son illər şovinizm daha da geniş vüsət alıb. Bu hal özünü hətta rəsmilər səviyyəsində belə göstərir", deyə Cümşüd Nuriyev bildirib.


 
Qeyd edək ki, Rusiya məktəblərinə daxil olan miqrantların uşaqları oxumaq üçün rus dilini lazımi səviyyədə bilməlidir. Belə bir açıqlama ilə RBC-yə müsahibəsində Rusiyanın Təhsil və Elmə Nəzarət üzrə Federal Xidmətin (Rosobrnadzor) rəhbəri Anzor Muzaev deyib.

Onun sözlərinə görə, qəbul prosesi dil səviyyəsindən asılı deyil, Rusiya məktəbləri rus dilini lazımi biliyə malik olan şagirdləri qəbul etməlidir.

"Mən radikalam. Əgər siz ailənizlə gəlib vətəndaşlıq almaq və ya müvəqqəti yaşamaq fikrindəsinizsə, övladlarınızın bu ölkədə təhsil almasını istəyirsinizsə, o zaman onların müəyyən səviyyədə dil bilikləri olmalıdır”, deyə Muzaev bildirib.

Muzaev qeyd edib ki, daimi yaşamaq üçün Rusiyaya köçmüş ailələrin uşaqları məktəbə gəlməmişdən əvvəl dili öyrənməlidir. O bildirib ki, belə tələblər irəli sürməsək, o zaman onları rus dilinə hörmət etməyə və öyrənməyə məcbur edə bilməyəcəyik. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->