Xəbər lenti

Premyer Liqa:
İdman 20:56 28.02.2024

Premyer Liqa: "Qarabağ" növbəti qələbəsini qazandı

Azərbaycan Premyer Liqasında XXIII turdan təxirə salınan oyun keçirilib.

Qaynarinfo xəbər verir ki, "Qəbələ" "Qarabağ"ı qəbul edib.

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 4:0. Qonaqların heyətində 47-ci dəqiqədə Adama Diakabi, 59-cu dəqiqədə penaltidən Riçard Almeyda, 65-ci dəqiqədə Nəriman Axundzadə, 80-ci dəqiqədə Marko Yankoviç fərqləniblər.

Meydan sahiblərində Feras Abu Akal 52-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra lider "Qarabağ" xallarının sayını 57-yə çatdırıb. Sonuncu sıradakı "Qəbələ"nin 15 xalı var.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->