Siyasət 18:19 24.11.2022

Prezident Administrasiyasında yeni şöbə yaradıldı

Azərbaycan Respublikası Prezidenti Administrasiyasında yeni şöbə yaradılıb.

Qaynarinfo xəbər verir ki, PA-da yeni yaradılan şöbə Hərbi-texniki təminat məsələləri şöbəsidir.

Prezident İlham Əliyevin sərəncamı ilə Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib.