Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Fəzail Feyruz oğlu İbrahimli "Şöhrət” ordeni ilə təltif edilib.
	
Qaynarinfo-nun xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
 
	
Qeyd edək ki, Fəzail İbrahimli Milli Məclis sədrinin müavinidir. O, parlament rəhbərliyində müxalifəti təmsil edir.
	
F.İbrahimli 12 Aprel 1951-ci ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub. Bu gün onun 70 yaşı tamam olur.
             
            
Şərhlər