Xəbər lenti

Professor:
Ölkə 17:17 12.12.2024

Professor: "Səhiyyənin iki qurum tərəfindən idarə olunması işləri korlayır"

Səhiyyə naziri Teymur Musayev mətbuata açıqlamasında saxta diplomlu həkimlərlə bağlı araşdırma aparıldığını bildirib. Nazir qeyd edib ki, bir ildən artıqdır saxta həkimlərlə bağlı nazirlikdə İşçi qrupu yaradılıb:

"Saxta həkimlər tibbi təhsili olmadan sosial media vasitəsilə vətəndaşları müəlicəyə cəlb edirlər. Bununla əlaqədar hüququ qiymətləndirmə üçün Baş Prokurorluğa müraciət ünvanlanıb. Təbii ki, yekunda iki qurum bu istiqamətdə tədbirlər planı hazırlayıb".

Professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında bildirib ki, ilk növbədə Səhiyyə Nazirliyinin tərkibində akkeriditasiya mərkəzi yaradılmalıdır:
 


"Bütün həkimlər həmin mərkəzdən keçməlidir. Onlar səlahiyyət aldığı konkret bir sahə üzrə lisenziya almalı və həmin lisenziya üzrə də fəaliyyət göstərməlidir. Dünyada bu sistemin mexanizmi belədir. Azərbaycanda da bu sistem belə idarə olunmalıdır".

Adil Qeybulla vurğulayıb ki, səhiyyənin iki qurum tərəfindən idarə olunması işi xeyli korlayır:

"Yəni, prosesə mane olur. Digər tərəfdən isə akkeriditasiya məslələsi həll olunub, sertifikasiya imtahanları ləğv edilməlidir. Bu təkcə ümumi qərarla ola bilməz. Akkeriditasiya və lisensiya sistemi olmadan həkimlər fəaliyyət göstərə bilməz. Biz lizentatura sisteminə keçmişiksə və əgər kimsə ixtisasını dəyişirsə yaşından asılı olmayaraq həmin sahə üzrə lizentatura keçməli və sonra həmin sahə üzrə işə başlaya bilər. Bu mexanizm dünyada belədir".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->