Xəbər lenti

Putin Ərdoğana başsağlığı verdi
Siyasət 19:25 21.01.2025

Putin Ərdoğana başsağlığı verdi

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Bolu vilayətindəki dağ-xizək kurortunda baş vermiş yanğınla bağlı başsağlığı verib.


Qaynarinfo xəbər verir ki, bu barədə teleqram Kremlin saytında dərc olunub.


"Bolu vilayətindəki dağ-xizək kurortunda baş vermiş yanğının faciəvi nəticələri ilə əlaqədar başsağlığımı qəbul edin. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı və dəstək sözlərimi, həmçinin bütün yaralılara tezliklə sağalmalarını dilədiyimi çatdırmağınızı xahiş edirəm”, - məlumatda deyilir


Qeyd edək ki, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya yanğın nəticəsində 66 nəfərin öldüyünü, 51 nəfərin yaralandığını bildirib. Yanğın zamanı hoteldə ümumilikdə 238 qonaq olub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->