Dünya 16:09 30.06.2022

Putin: Rusiya dialoqa hazırdır

Moskva strateji sabitlik və nüvə silahının yayılmaması ilə bağlı dialoqa açıqdır.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin deyib.

Ukraynanı işğal etməsinə baxmayaraq, həm Moskva, həm də Vaşinqton nüvə silahı məsələsində kommunikasiyanın davam etdirilməsinin vacibliyini vurğulayırlar. İki ölkə ümumilikdə təxminən 11.000 nüvə başlığı ilə dünyanın ən böyük nüvə gücləridir.

"Rusiya strateji sabitliyin təmin edilməsi, kütləvi qırğın silahlarının yayılmaması rejimlərinin qorunub saxlanılması və silahlara nəzarət sahəsində vəziyyətin yaxşılaşdırılması üzrə dialoqa açıqdır”, - Putin Sankt-Peterburqda hüquq forumunda çıxışı zamanı deyib. O bildirib ki, bu səylər "zəhmətli birgə iş” tələb edir.

Nurlan Hüseynov