Prezident
Vladimir Putinin iş cədvəlinə bir gün əvvəl Moskvaya işgüzar səfərə yola düşmüş
abxaz həmkarı Aslan Bjania ilə görüş daxil deyil.
Qaynarinfo
xəbər verir ki, bu haqda Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
Eyni
zamanda, Peskov qeyd edib ki, dövlət başçıları səviyyəsində danışıqların
olmaması digər səviyyələrdə "işgüzar təmasların olmaması demək deyil".
Qeyd
edək ki, Abxaziya və ya qondarma adı ilə Abxaziya Respublikası Cənubi Qafqazda
Gürcüstan daxilində birtərəfli şəkildə müstəqilliyini elan edən de-fakto dövlətdir.
Alpər
Şərhlər