Xəbər lenti

Qaçqın sayı Almaniya hökumətini qorxuya salıb
Dünya 19:53 30.09.2023

Qaçqın sayı Almaniya hökumətini qorxuya salıb

Almaniya kansleri Olaf Şolts bildirib ki, ölkəyə gələn qaçqınların sayı həddən artıq çoxdur. Onun sözlərinə görə, hakimiyyət məhdudlaşdırıcı tədbirlər tətbiq etməlidir. 

Qaynarinfo xəbər verir ki, kansler Almaniyanın artıq İsveçrə və Çexiya ilə sərhədlərdə birgə patrullara başladığını bildirib.

"Vəziyyəti əvvəlki kimi saxlamaq olmaz: Almaniyaya gələn bütün qaçqınların 70%-dən çoxu əvvəllər qeydiyyata alınmayıb, baxmayaraq ki, onların demək olar ki, hamısı Avropa İttifaqının hansısa başqa ölkəsinə səfər edib. Bu baxımdan, biz uzun müddətdir ki, Avropanın xarici sərhədlərini qorumaq səylərini dəstəkləmişik”, deyə kansler RND-yə bildirib.

2023-cü ilin əvvəlindən 204 min insan sığınacaq üçün Almaniya hakimiyyətinə müraciət edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 77% çoxdur. Almaniya sentyabrın 27-dən ölkənin Polşa və Çexiya ilə sərhədində müvəqqəti yoxlamalar tətbiq edib. Qərar Polşada vizaların rüşvətlə verildiyi məlum olduqdan sonra verilib.

Bunun ardınca Olaf Şolts dəfələrlə miqrant axınına nəzarətin gücləndirilməsinin və baş verənləri Polşa hökuməti ilə müzakirə etməyin zəruriliyini bildirib. "Reuters"in məlumatına görə, Almaniya 2024-cü ildə qaçqınların qəbulu və inteqrasiyası xərclərini ödəmək üçün federal ştatlara ayrılan yardımı iki dəfə azaltmaq niyyətindədir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->