XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Qalatasaray" Qomişlə vidalaşdı
İdman13:03 08.06.2023

"Qalatasaray" Qomişlə vidalaşdı

Bafetimbi Qomişin ikinci "Qalatasaray" dönəmi başa çatıb.
Qaynarinfo-nun məlumatına görə, bu barədə klubun sosial şəbəkələrdəki səhifəsində məlumat yerləşdirilib. Məlumatda Suoperliqanın son çempionunun Qomişlə vidalaşdığı bildirilib.
"Sarı-qırmızılar"ın rəsmi "Twitter" hesabında paylaşılan məlumatda "Səninlə qələbələr qazanmaq çox gözəl idi, Bafe... Zəhmətinə və bizə bəxş etdiyin bütün sevinclərə görə təşəkkür edirik! Gələcək karyeranda sonsuz uğur və xoşbəxtlik arzulayırıq!" - ifadələrdən istifadə edilmişdir.
37 yaşlı hücumçu bu mövsüm ümumilikdə 28 oyuna çıxıb. Qomiş bu  müddət ərzində 10 qola, 3 məhsuldar ötürməyə imza atıb. 
Səbuhi Həsənov