Ötən gündən yağan qar qərb bölgəsi istiqamətində yollarda hərəkəti çətinləşdirib.
Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayonundan kecən hissəsində yolların buz bağlaması nəqliyyat vasitələrinin xarab olaraq yol kənarında qalmasına səbəb olmuşdu.
Sürücü, Aqşin Məmmədov: “1 saat olar yoldayam zəncirsiz çətindir. Yollara nəzarət də yoxdur. Bəzi yerlərə qum səpilir, ancaq hər yerə yox”.
Amma magistralın gediş- gəlişin sıx olduğu hissəsində yollar daha təmiz idi.
Magistral yolların yaşayış məntəqəsindən kecən hissəsində vəziyyət bir qədər fərqlidir. Bu ərazilərdə nəqliyyat vasitələrinin çoxluq təşkil etməsi əraziyə diqqəti daha çox atrırır.
Cəkiliş zamanı Qazax rayon 27 saylı Yol İstismar İdarəsinin işçi heyətinə də rast gəldik. İşçi qrupunun rəhbəri bildirdi ki, gecə saatlarında yolun buz və qardan təmizlənməsi üçün 8 texnika cəlb edilib və yola 70 kub duz və qum səpilib. (anspress)