"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.
	
Qaynarinfo-nun məlumatına görə, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Norveçdə "Molde"nin qonağı olacaq. Bakı vaxtı ilə saat 00:00-da start götürəcək qarşılaşmanı Belçikadan olan hakimlər briqadası idarə edəcək.
	
6 xala malik komandalar H qrupunda 2-3-cü yerləri bölüşdürürlər. Azərbaycan çempionu qələbə qazanacağı təqdirdə Avropa Liqasının pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirəcək.
	
Qrupun digər matçında "Bayer 04" İsveçdə "Hakken"lə görüşəcək.
	
 
UEFA Avropa Liqası
		
Qrup mərhələsi, beşinci tur
		
00:00. "Molde" (Norveç) - "Qarabağ" (Azərbaycan)
 
Baş hakim: Erik Lambrexts (Belçika).
Norveç. Molde stadionu.
 
Səbuhi Həsənov
             
            
Şərhlər