Xəbər lenti

İdman 18:04 22.08.2023

"Qarabağ"dan gözləntimiz yalnız qələbədir" - Rauf Əliyev

"Sloveniya klubları hər zaman yaxşı mübarizə aparmaqları ilə seçiliblər".

Bu sözləri Qaynarinfo-ya "Qarabağ"ın sabiq futbolçusu Rauf Əliyev Avropa Liqasının pley-off mərhələsində komandanın rəqibi olan Sloveniya "Olimpiya"sını dəyərləndirərkən deyib. 

34 yaşlı hücumçu Lyublyana təmsilçisinin çətin rəqib olduğunu vurğulayıb: 

"Əgər "Olimpiya" bu mərhələdə "Qarabağ"la qarşılaşacaqsa, deməli, asan rəqib deyil. Hər zamankı kimi, "Qarabağ"dan gözləntimiz yalnız qələbədir. Hazırda ölkəmizin avrokuboklardakı yeganə təmsilçisi Ağdam klubudur. İnşallah, qələbə qazanıb xalqımızı sevindirərlər".

Xatırladaq ki, avqustun 24-də baş tutacaq "Olimpiya" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab matçı isə bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma 20:00-da start götürəcək.

Röya Kərimli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->