Xəbər lenti

İdman 22:45 04.12.2023

"Qarabağ" liderliyini möhkəmləndirdi

Azərbaycan Premyer Liqasında 15-ci tura yekun vurulub.
 
Qaynarinfo-nun məlumatına görə turun son matçı Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"la "Qəbələ" arasında baş tutub. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qurban Qurbanovun komandasından Hamidu Keyta (8), Nəriman Axundzadə (64) və Juniniyo (90+2) fərqlənib.
 
Bu qələbədən sonra xallarının sayını 32-yə çatdıran "Qarabağ" turnir cədvəlinə liderliyini davam etdirir. "Qəbələ" isə 11 xalla doqquzuncu pillədə qalıb. 
 
Turun digər qarşılaşmalarında aşağıdakı nəticələr qeydə alınıb.
 
"Araz-Naxçıvan" - "Səbail" 1:1
"Turan Tovuz" - "Sumqayıt" 2:2
"Kəpəz" - "Sabah" 0:2
"Neftçi" - "Zirə" 1:0
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->