Çempionlar Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayacaq bütün klubların adı və püşkatmaya qatılacağı səbəti bəlli olub. 
	
Qaynarinfo xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edəcək "Qarabağ"ın I təsnifat mərhələsindən başlayacaq bütün mümkün rəqibləri müəyyənləşib.
	
Mübarizəyə I təsnifat mərhələsindən başlayacaq Azərbaycan çempionu "səpələnmişlər" səbətində yer alacaq və rəqini "səpələnməmişlər" səbətindən seçiləcək.
	
Bu mərhələdə ümumilikdə 32 komanda mübarizə aparacaq. Bunlardan 31-i artıq bəllidi. Bir komanda isə ilkin mərhələnin qalibi olacaq və həmin komanda "səpələnməmişlər" səbətində yer alacaq.
	
Qeyd edək ki, qaydalara görə, I təsnifat mərhələsinin "səpələnməmişlər" səbətində yer alan Ermənistan çempionu "Pünik” siyasi səbəblərə görə "Qarabağ”a rəqib ola bilməz.
	
Çempionlar Liqası
 
I təsnifat mərhələsi 
		
Səpələnmişlər: "Seltik” (Şotlandiya), BATE (Belarus), "Astana” (Qazaxıstan), "Ludoqorets” (Bolqarıstan), "Qarabağ” (Azərbaycan), "Maribor” (Sloveniya), "Srvena Zvezda” (Serbiya), "Şerif” (Moldova), "Rusenborq” (Norveç), HİK (Finlandiya), "Dandalk” (İrlandiya), "Düdelanj” (Lüksemburq), "Şkendiya” (Makedoniya), TNS (Uels), "Slovan” (Slovakiya), AIK (İsveç) 
	
Səpələnməmişlər: "Suduva” (Litva), "Sarayevo” (Bosniya və Herseqovina), "Valletta” (Malta), "Pyast” (Polşa), "Pünik” (Ermənistan), "ÇFR Kluj” (Rumıniya), "Ferensvaroş” (Macarstan), "Nomme Kalyu” (Estoniya), "Sutyeska” (Monteneqro), "Partizani” (Albaniya), "Valyur” (İslandiya), "Linfild” (Şimali İrlandiya), "HB Torshavn” (Farer adaları), "Riqa” (Latviya), "Saburtalo” (Gürcüstan) və ilkin mərhələnin qalibi. 
	
İlkin mərhələ
		
Səpələnmişlər: "Linkoln” (Cəbəllütariq), "Santa Koloma” (Andorra)
	
Səpələnməmişlər: "Feronikeli” (Kosovo), San-Marino çempionu
	
Avrokuboklarda I və II təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq. Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları 9/10 iyul - 16/17 iyul tarixlərində keçiriləcək.
             
            
Şərhlər