Xəbər lenti

Ekonomiks 17:46 27.02.2024

Qaradağ MKTİB Dövlət Xidmətinin qərarından narazı qaldı, məhkəməyə üz tutdu

Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) cərimələnib. 

Qaynarinfo xəbər verir ki, cəriməni Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi yazıb. 

İdarə İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsini əsas götürüb. Bu maddə istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsi ilə bağlıdır. Maddədə 1000 manatdan 1500 manatadək məbləğdə cərimə nəzərdə tutulur. 

MKTİB idarənin qərarından narazıdır. Qurum qərarla bağlı məhkəməyə şikayəti ərizəsi təqdim edib. MKTİB-in şikayətinə Qaradağ Rayon Məhkəməsində baxılacaq. İş hakim Şəfa Dadaşovanın icraatındadır. 

Qaradağ Rayon MKTİB Qaradağ Rayon İcra Hakimiyyətinə tabeli qurumdur. MKTİB-in rəisi Elnur Əliyevdir. O, 2023-cü ilin noybarından bu vəzifədədir. 

Elnur Əliyev bundan əvvəl Qaradağ Rayon Sukanal İdarəsinin rəisi vəzifəsində çalışıb. 

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı isə Süleyman Mikayılovdur.  

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->