Xəbər lenti

Qarğalar bir insandan illər sonra qisas ala bilərmi? - Alimlər
Dünya 20:06 07.09.2025

Qarğalar bir insandan illər sonra qisas ala bilərmi? - Alimlər

Aparılan araşdırmalar təsdiqləyib ki, qarğalar insan simalarını ayırd edə bilir, təhlükə hesab etdikləri şəxsləri 17 ilə qədər yadda saxlayır, illərlə hücum edə və bu davranışı balalarına da öyrədə bilirlər. Deməli, bir qarğanı incitmək uzunmüddətli düşmənçiliyə çevrilə bilər.

Qaynarinfo xəbər verir ki, bunu "Wion" yazıb.

2005-ci ildə Vaşinqton Universitetində başlayan tədqiqatlarda bioloq Con Marzlaff və komandası qarğaların simanı yadda saxlama qabiliyyətini yoxlayıb. Bunun üçün bəzi əməkdaşlar xüsusi mağara adamı maskası taxaraq quşları tutub işarələyib. Qarğalar bu maskanı təhlükə ilə əlaqələndirib, maska taxanlara qışqırıb, hücum edib və digər qarğaları da xəbərdar edib. Neytral maska geyinənlər isə diqqətdən kənarda qalıb.

Təcrübə 20 ilə yaxın davam edib və quşların aqressiyası heç vaxt itib getməyib. Daha da maraqlısı, gənc qarğalar da bu düşmənçiliyə qoşulub, baxmayaraq ki, onlar maskanı ilk dəfə görürdülər. Bu, bilginin sosial yolla nəsildən-nəsilə ötürüldüyünü sübut edib.

2012-ci ildə aparılan neyroloji tədqiqatlar da nəticəni dəstəkləyib. Qarğalara "təhlükəli" maska göstərildikdə onların beynində qorxu və təhlükə emal edən badamcıq bölgəsinin aktivləşdiyi aşkarlanıb. Bu isə onların reaksiyasının sadəcə öyrənilmiş davranış deyil, emosional təcrübə olduğunu göstərir.

Alimlərin sözlərinə görə, qarğalar yaddaş, emosiyalar və sosial öyrənməni birləşdirən azsaylı quş növlərindəndir. Güclü ailə bağları, uzun inkubasiya dövrü və yüksək intellekt onların davranışlarını daha da dayanıqlı və qorxulu edir. Onların "dəfn mərasimləri" və səsli ünsiyyət sistemi də xəbərdarlıqların uzun müddət yaşamasına şərait yaradır.

Mütəxəssislər qarğaları incitməməyi tövsiyə edir. Əks halda, uzun illər, hətta sizi heç tanımayan quşlardan belə, hücum görmək mümkündür. Ən düzgün yanaşma – hörmət göstərmək, aqressiv davranışdan uzaq durmaq və qarğa hirsli görünürsə, ondan uzaqlaşmaqdır. Əks təqdirdə, bütün bir quş icmasının hədəfinə çevrilə bilərsiniz.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->