XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Qazaxıstan Prezidenti Azərbaycana gəlir
Siyasət09:25 18.08.2022

Qazaxıstan Prezidenti Azərbaycana gəlir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Səfər avqustun 24-də baş tutacaq.
Bildirilib ki, səfər çərçivəsində ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin strateji tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.
Eyni zamanda iki ölkə arasında bir neçə sənədin imzalanması da gözlənilir.