"Qərbin ölkəmizin maraqlarına zidd bəyanatları heç bir halda Azərbaycanı öz haqq yolundan döndərmək gücünə malik deyil”.
Bunu Qaynarinfo-ya siyasi şərhçi Arif Əliyev Azərbaycanın keçirdiyi lokal hərbi əməliyyat fonunda bəzi Qərb dövlətlərinin ölkəmizə qarşı səsləndirdiyi bəyanatlarından danışarkən deyib.
"Tək ona görə yox ki, Azərbaycan çox böyük qüvvədir və onu yolundan döndərmək olmaz. Həm də ona görə ki, prosesə uzun hazırlıqlardan sonra başlanılıb və təkcə hərbi hazırlıqlardan ibarət olmayıb. Həmçinin diplomatik hazırlıqlar da görülüb. Nəticədə prosesə başlamamışdan öncə hər şeyin hesablandığı görünürdü", deyə siyasi şərhçi bildirib.
Rüfət Sultan
Şərhlər