Xəbər lenti

Ölkə 15:41 11.04.2024

Qeyri-etik paylaşımlar edən "TikToker"lər həbs edildi (YENİLƏNİB)

Qeyri-etik paylaşımlar edən "Roşka” ləqəbli Rövşən Süleymanov məhkəmənin qərarı ilə 20 sutka inzibati qaydada həbs edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

09.45
 
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslər saxlanılıb.

Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirlərlə 1998-ci il təvəllüdlü, "Po jizni Cesi” ləqəbli Cəsarət Cavadov, 1996-cı təvəllüdlü, "Roşka” ləqəbli Rövşən Süleymanov saxlanılıblar. Müvafiq qərarla C.Cavadov 30 sutka inzibati qaydada həbs edilib. R.Süleymanov barəsində araşdırmalar davam etdirilir. Onun da əməllərinə hüquqi qiymət veriləcəkdir.

"Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxsləri bu əməllərindən çəkinməyə çağırırıq", - məlumatda qeyd olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?